Nigeriyada ölənlərin sayı 76 nəfərə çatıb

Nigeriyada ölənlərin sayı 76 nəfərə çatıb

Nigeriyanın cənub-şərqində yerləşən Anambra əyalətində qayığın aşması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə Nigeriya prezidenti Muhammadu Buhari özünün "Twitter" səhifəsində yazıb.

Ölənlərin sayının artacağı istisna edilmir. Dövlət rəsmiləri axtarışların davam etdiyini bildirib.

Vilayətin Dövlət Fövqəladə Hallar Agentliyinin rəhbəri bildirib ki, qəza nəticəsində gəmidə olan 15 nəfər xilas edilib.

Yerli istehsal gəminin 100-dən çox insanı daşımaq qabiliyyətinə malik olduğu bildirilir. Qeyd olunur ki, qəza zamanı 90 nəfər yaxın şəxsi daşıyan qayığın mühərriki sıradan çıxıb və aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə