Çin “Kuafu-1” peykini kosmosa göndərdi!

Çin “Kuafu-1” peykini kosmosa göndərdi!

Çin günəş tədqiqatları üçün məlumat verəcək "Kuafu-1" müşahidə peykini kosmosa çıxarıb. SİA məlumat verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Kuafu-1" adlanan Qabaqcıl Kosmik Günəş Rəsədxanası peyki ölkənin şimal-qərbindəki "Ciucuen" Peyk Mərkəzindən "Long March-2D" daşıyıcı raketi ilə buraxılıb.

Bildirilib ki, peyk buraxıldıqdan sonra 720 kilometr yüksəklikdə Günəş-Sinxron Yer Orbitində planlaşdırılan yerə enib. Yerin Günəş ətrafında fırlanması sayəsində gecə Günəşi görə bilməyən yer teleskoplarından fərqli olaraq peyk ilin böyük bir hissəsində sutkada 24 saat müşahidə aparmaq qabiliyyətinə malik olacaq. Məlumatları qurulmuş yer stansiyalarına ötürəcək.

Peykin gündə orta hesabla ötürəcəyi 500 giqabayt məlumat daha sonra Ciangsu əyalətinin mərkəzindəki Nansinq şəhərindəki Purple Mountain Rəsədxanasında 2,48 nüvəli prosessorla təchiz edilmiş superkompüter tərəfindən emal ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə