Son 20 ilin ən şiddətli musson mövsümünü keçirən Tailandda leysan yağışlar sel və daşqınlara səbəb olmaqda davam edir. SİA xəbər verir ki, güclü yağışların təsirinə məruz qalan Ubon Raçathani şəhəri demək olar ki, tamamilə su altında qalıb.
Şəhərdə yardım və xilasetmə işləri qayıq və helikopterlərin köməyi ilə təmin edilərkən, Tailand donanması da işə cəlb olunub. Gün ərzində fasilələrlə şiddətli və uzunmüddətli tufan kimi davam edən musson yağışları suların şəhərdən çəkilməsinə və normal həyata qayıtmasına imkan vermir. Şəhərin havadan çəkilən görüntüləri fəlakəti ortaya çıxarsa da, şəhərdə yolların tamamilə su altında qaldığı görülüb. Bu yaxınlarda bölgəyə səfər edən Tailandın baş naziri Prayut Çan-o-ça vəziyyətlə bağlı hesabat verib və bölgə əhalisi ilə görüşüb. Baş nazir Prayut dövlətin bölgəyə lazımi dəstəyi verəcəyini bildirib və Tailand hərbi donanmasına yardım səylərində iştirak etməyi əmr edib. Digər tərəfdən, Tailandda yağan güclü yağış və fırtınalar xüsusilə şimal bölgələrində həyata mənfi təsir etməkdə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB