Belə, arxalı köpəyi qurd da basarmış...

Belə, arxalı köpəyi qurd da basarmış...

Belarus Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo bildirib ki, ukraynalılar demək olar ki, bütün sərhəd körpülərini və minalanmış yolları partladıblar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini “İnterfaks” yayıb.

“Cənub istiqamətində vəziyyət ağırdır. Ukrayna tərəfinin səyləri dövlət sərhədinin örtüyünün qurulmasına yönəlib”, - Lappo bildirib.

Onun sözlərinə görə, ukraynalılar yollarda üç cərgədə tank əleyhinə minalar yerləşdirirlər. Eyni zamanda, Ukrayna tərəfdən sərhədə gələn sərhədçilər deyil, ərazi müdafiəsi gəlir.

“...Biz təzyiq altındayıq, onlar sərhədçilərimizi hədəfə alırlar, bəzən havaya atəş açır, daim havadan kəşfiyyat aparılır”, - Belarus Dövlət Sərhəd Komitəsinin sədri deyib.
Maraqlıdır, bəs, “arxalı köpəyin qurd basar məsəli”..?

Qeyd edək ki, bundan əvvəl Anatoli Lappo Polşa sərhədçilərinin Belarusla sərhəddə daim təxribatlar yaratdığını,.. Sərhəd Komitəsinin sədrinin bunun üçün kimdən kömək istədiyini bilmədiyini bəyan etmişdi.

...Deyirəm, ey gidi dünya...bəs deyirdilər...arxalı köpəyi qurd basa bilməz...

Belarus prezidenti Aleksandr Lukaşenko da bəyan edib ki, Ukrayna Ukrayna-Belarus sərhədində daim təxribatlar törədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə