ABŞ hərbi kəşfiyyatının zabiti Cozef Donato hesab edir ki, ABŞ-ın müdafiə sektorundakı çətin vəziyyət bu qış Ukraynaya silah təchizatında fasilələrə səbəb olacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “The National Interest” jurnalında dərc olunan məqaləsində yazır.
Donatonun sözlərinə görə, Amerikanın müdafiə sənayesi bazası artıq Ukraynaya silah tədarükü ilə bağlı çətinliklər yaşayır, kritik sursat ehtiyatları azalır.
“...Mövcud atəş sürətində ABŞ və müttəfiqləri bu qış Silahlı Qüvvələrin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkəcəklər”-deyə amerikalı zabit bildirib.
...Ey gidi dünya...elə bilirsəz bu dəqiqə rusların “skladlarında silahlar “tığ” vurub? Əgər “tığ” vursaydı, "ruslar dünənə qədər adam bilmədikləri" farsların az qala... rağatqayla vurula bilən PUA-larına ehtiyac duymazdı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB