Rusiya hakimiyyəti Krım körpüsündə baş verən insidentin mühüm mülki infrastruktura qarşı terror hücumu olduğuna şübhə etmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bazar günü deyib.
“İndicə xəbər verdiyiniz kimi, heç bir şübhə yoxdur. Bu, Rusiya Federasiyasının mühüm mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır”, - o, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə deyib.
(…Bastrıkin də, yalmana-yalmana Putinin dediklərini təsdiq edib. Amma maraqlıdır, bəs, Ukraynada dağıdılanlar, məhv edilənlər “mülki infrastruktur” deyilmi?-A.B.).
Putin həmçinin bildirib ki, Krım körpüsündə törədilən terror aktını Ukrayna xüsusi xidmət orqanları təşkil edib.
“Müəlliflər, icraçılar, sifarişçilər Ukraynanın xüsusi xidmət orqanlarıdır”, - dövlət başçısı Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşündə deyib.
Putin, hadisəni də terror aktı adlandırıb. (…deyirəm burada yaxşı bir məsəl şəkmək olardı,..amma…milli mentalitet imkan vermir-A.B.).
…Bastrıkin bunu təsdiqləyib və əlavə edib ki, Rusiya və xarici ölkələrin vətəndaşları Ukrayna xüsusi xidmət orqanlarına hücumun hazırlanmasında kömək ediblər. (…deyim ki, bu da bilmədiyimiz bir yenilikdir…amma Rusiya İstintaq Komitəsi…böyük məktəbdir…mən hələ o vaxt, o birmotorlu alman təyyarəsi Qızıl Meydana enəndə demişdim.-A.B.).
Nə isə, “…müəlliflər, ifaçılar, müştərilər - Ukraynanın xüsusi xidmətləridirmi?” - bunu Putin soruşdu.
“Bu terror aktının hazırlanmasında kömək edən Ukraynanın xüsusi xidmət orqanları və Rusiyada yaşayan bəzi xarici ölkələrin vətəndaşlarıdır”, - bunu isə təbii ki, Bastrıkin sadiq bir məmur kimi bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB