Rusiya hakimiyyəti Krım körpüsündə baş verən insidentin mühüm mülki infrastruktura qarşı terror hücumu olduğuna şübhə etmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,bunu Rusiya prezidenti Vladimir Putin bazar günü deyib.
“...İndicə xəbər verdiyiniz kimi, heç bir şübhə yoxdur. Bu, Rusiya Federasiyasının mühüm mülki infrastrukturunu məhv etməyə yönəlmiş terror aktıdır”.
Qeyd edək ki, Vladimir Vladimiroviç bunu Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə görüşdə deyib.
Nazlı Almurdova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB