Rusiyanın bir sıra Qərb dövlətləri ilə danışıqları İstanbulda baş tuta bilər

Rusiyanın bir sıra Qərb dövlətləri ilə danışıqları İstanbulda baş tuta bilər

İstanbul Rusiya ilə dörd Qərb ölkəsi arasında danışıqların keçirildiyi məkana çevrilə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “RİA Novosti”yə Türkiyə və Avropa İttifaqının birgə komitəsinin sədri İsmayıl Emrah Karayel deyib.

O, Türkiyənin Rusiya ilə Qərb arasında vasitəçi olmaq üçün səy göstərdiyini, Ərdoğanın bölgədə gərginliyi azaltmaq və bir sıra beynəlxalq problemlərin həllinə nail olmaq istədiyini vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl “Milliyet” Türkiyənin Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı danışıqları təşkil etmək niyyətində olduğunu yazmışdı. Rusiya ilə danışıqlarda ABŞ, Fransa, Almaniya və İngiltərə iştirak etməli idi.

…Öz növbəsində, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Ukraynada hərbi əməliyyatlar uzanır və vəziyyətdən çıxış yolu sülh və diplomatik yolla axtarılmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə