Mask: Nüvə müharibəsi ehtimalı sürətlə artır

Mask: Nüvə müharibəsi ehtimalı sürətlə artır

Nüvə münaqişəsi riskləri artır. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə amerikalı iş adamı İlon Mask sosial şəbəkələrdə yazıb.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Vaşinqton Moskvanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət görmür.

Eyni zamanda ABŞ prezidenti Cozef Bayden Karib böhranından sonra ilk dəfə nüvə müharibəsinin dünyanı təhdid etdiyinə diqqət çəkib. Onun fikrincə, eskalasiyanın günahı Rusiya rəhbərliyindədir. O, Rusiya prezidenti Vladimir Putinə “nüvə silahından istifadə etməklə hədələyəndə zarafat etməməyi” təklif edib.

Öz növbəsində ABŞ-ın keçmiş prezidenti Donald Tramp qeyd edib ki, Ukraynada münaqişəyə son qoymaq üçün dərhal danışıqlara başlamaq lazımdır, əks halda bu, üçüncü dünya müharibəsinə çevrilə bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə