Raket əleyhinə müdafiə sistemləri ərəb ölkələrindən çıxarılsın?

Raket əleyhinə müdafiə sistemləri ərəb ölkələrindən çıxarılsın?

ABŞ-ın Demokrat konqresmenləri ABŞ administrasiyasının neft hasilatını azaltmaq qərarına görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ərazisindən ABŞ qoşunlarını və silah sistemlərini çıxarmasını tələb edən qanun layihəsi təqdim ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə təşəbbüsün müəlliflərindən biri, Nümayəndələr Palatasının üzvü Tom Malinovskinin (Nyu Cersi ştatından) mətbuat xidməti məlumat verib.

Qanun layihəsində, həmçinin “ABŞ hərbçilərinin başqa ölkələrdəki təhlükəsizliyini təmin etmək” məqsədilə Yaxın Şərqin digər regionlarına ABŞ hərbi texnikası və müdafiə sistemlərinin ötürülməsi də nəzərdə tutulur.

Qeyd edək ki, mətbuat xidmətinin məlumatına görə, təşəbbüs Əbu-Dabi və Ər-Riyadın neft hasilatının sutkada 2 milyon barel azaldılması ilə bağlı əvvəlki OPEC+ qərarını dəstəkləməsi səbəbindən hazırlanıb.

Bəyanatda qeyd edilir ki, Səudiyyə Ərəbistanında 3000-ə yaxın, BƏƏ-də isə 2000 Amerika hərbçi var. Bundan əlavə, Amerikanın F-35 qırıcıları, THAAD raketdən müdafiə sistemləri, Patriot zenit-raket kompleksləri və digər Amerika silah sistemləri iki ölkənin ərazisində yerləşdirilir.

Maraqlıdır ki, qanun layihəsinin müəllifləri Malinovski, Sean Kasten və Susan Vild Əbu-Dabi və Ər-Riyadın müvafiq qərarını “Birləşmiş Ştatlara qarşı düşmənçilik aktı və iki ölkənin tərəfdarı olmaq qərarına gəldiyinə dair açıq siqnal adlandırıblar”.

“Biz ABŞ qoşunlarının və podratçılarının bizə qarşı fəal işləyən ölkələrə bu xidməti göstərməyə davam etmələri üçün heç bir səbəb görmürük”, - konqresmenlər yayılan bəyanatda bildiriblər.

Xatırladaq ki, çərşənbə günü Vyanada üzbəüz görüşdə OPEC+ sazişində iştirak edən dövlətlər noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmağa razılaşıb, həmçinin sazişin müddətini 2023-cü ilin sonuna qədər uzadıblar. Güman edilir ki, Rusiya və Səudiyyə Ərəbistanı avqust ayı ilə müqayisədə gündəlik neft hasilatını 526 min barel azaldaraq 10,478 milyon barel/günə endirə biləcəklər. Alyans ölkələrində neft hasilatının ümumi səviyyəsi sutkada 41,856 milyon barel təşkil edəcək.

...Deyim ki, bu ABŞ-ı qane etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə