İtaliyada Stromboli vulkanında püskürmə baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İtaliyanın Siciliya bölgəsindəki Eolie adalarında yerləşən Stromboli vulkanında səhər saatlarında püskürmə baş verib. Partlayışın təsirindən krater hissəsinin bir hissəsi çöküb. Partlayış nəticəsində can və mal itkisi olmayıb.
Qeyd edək ki, Dünyanın ən aktiv vulkanlarından biri olan Stromboli 2019-cu ilin iyul ayında yenidən aktivləşib və dağın ətrafında gəzən bir nəfər həyatını itirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB