Rusiya nüvə silahı əvəzinə... Lukaşenkodan istifadə edir

Rusiya nüvə silahı əvəzinə... Lukaşenkodan istifadə edir

Rusiya taktiki nüvə silahı əvəzinə Belarus diktatoru Aleksandr Lukaşenkodan istifadə edir.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Litvanın müdafiə naziri Arvydas Anusauskas “Twitter” səhifəsində yazıb.

Litvalı nazir, bəyan edib ki, Belarus Kremlin göstərişi ilə Ukrayna qoşunlarını yayındırmaq taktikasını davam etdirir.

“...Dünən Belarus rəsmi olaraq Ukraynanı ona qarşı hücum hazırlamaqda ittiham etdi. Məqsəd mümkün qədər çox Ukrayna qüvvələrini cəbhədən Belarusla sərhədə çıxarmaq idi”.

Bunu Anusauskas yazıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə