Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Qeraşşenko bildirib ki, Ukraynada münaqişə Krım körpüsündə baş verən partlayışdan sonra gərginləşə bilər, ona görə də Kiyev Qərbdən silah tədarükünü artırmağı xahiş edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə Amerikanın “Newsweek” jurnalına müsahibəsində bildirib.
Geraşşenkonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin tərəfindən eskalasiya ehtimalı yüksəkdir.
“...Biz daha çox silah istəyirik. Biz heç kimi bizim üçün döyüşməyi tələb etmirik”-deyə müşavir bildirib.
Qeyd edək ki, Qeraşşenko Qərbdən Kiyevə üç dəfə çox HIMARS reaktiv yaylım atəşi sistemləri, artilleriya, beş dəfə çox tank və zirehli texnika, 10 dəfə çox maşın verməyi xahiş edib.
Onun sözlərinə görə, Qərb hökumətləri gözləməməli və bütün silahları, sursatları və nəqliyyat vasitələrini anbarlarda saxlamamalıdırlar: “Bütün bunları Ukraynaya göndərin ki, bu münaqişəyə son qoysun”, – deyə o əlavə edib.
Bir daha xatırlada ki, oktyabrın 8-də Milli Antiterror Komitəsi Krım körpüsündə yük maşınının partlaması nəticəsində qatarın yeddi yanacaq çəninin alışmasına səbəb olduğunu bildirib. Hadisə nəticəsində iki avtomobilin arakəsi qismən dağılıb,..amma körpünün naviqasiya hissəsinin üzərindəki tağ zədələnməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB