Krım körpüsündə partlayan yük maşınının müştərisinin adı açıqlanıb
Krım körpüsündə partlayan yük maşınının sürücüsü Mahir Yusubovun icra etdiyi sifarişin təfərrüatları açıqlanıb. Yükün müştərisi “112” Telegram-kanalı adlandırılıb. SİA bu barədə rus saytlarına istinad edir.
Beləliklə, oktyabrın 6-da ATİ yük birjasında Yusubovun həyat yoldaşının adına rəsmiləşdirilmiş hesaba “TEK-34” MMC-dən sifariş üçün ərizə daxil olub. “Tara və qablaşdırma” tədarükü hesabı ilə müqavilə bağlanıb. Oktyabrın 7-də yük maşını malları yükləmək üçün Armavirdəki anbara gəlib. Plana görə, Simferopoldakı müştəri yükü oktyabrın 8-də səhər almalı idi.
Yusubov yükü qrafikə uyğun və yubanmadan aparırdı, lakin müştərilər ona zəng edərək malların gecikdirilmədən çatdırılmasını tələb ediblər. Oktyabrın 7-də axşam sürücü təyin olunmuş vaxtda Simferopola çatmaq üçün Krım körpüsünə qədər gedib və orada gecələmək üçün dayanıb. Səhər saatlarında o, partlayış baş verənə qədər marşrut üzrə hərəkətini davam etdirib və nəticədə Yusubov ölüb.
Bundan əvvəl Yusubovun gübrə daşıdığı bildirilirdi. Hüquq-mühafizə orqanları bildiriblər ki, sürücünün gözlənilən partlayışdan xəbəri olmayıb- təcavüzkarlar onu təsadüfi seçiblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB