“Sarsılmaz qardaşlıq-2022” təlimi ləğv olundu

“Sarsılmaz qardaşlıq-2022” təlimi ləğv olundu

Qırğızıstanın Müdafiə Nazirliyi “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv etmək qərarına gəlib. SİA "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, təlimlər oktyabrın 10-dan 14-dək respublika ərazisində (Edelveys poliqonunda) keçirilməli idi.

Təlimlərin ləğv edilmə səbəbləri açıqlanmayıb. Onlar sülhməramlı əməliyyat keçirməyi və atəşkəsi təmin etməyi məşq etməli idilər. Təlimlərə 6,5 mindən çox insan, 850-dən çox hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, helikopter və PUA-lar cəlb olunmuşdu.

Təlimə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb olunmuşdu.

Xatırladaq ki, 2012-ci ildən birgə təlimlər çərçivəsində KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə