İrəvanda hosteldə partlayış olub - yaralılar var

İrəvanda hosteldə partlayış olub - yaralılar var

Ermənistanın paytaxtı İrəvanın Baqratunyats küçəsində yerləşən hosteldə partlayış olub. SİA xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Partlayışdan sonra güclü yanğın başlayıb. Yanğının söndürülməsinə yanğınsöndürən briqadası cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə