Krım körpüsündə partlayışı Ukraynanın xüsusi xidmət orqanları təşkil edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” Kiyev rəsmisinə istinadən yazır.
Materialda yazıldığı kimi, yüksək rütbəli Kiyev rəsmisi nəşrə açıqlamasında insidentin arxasında Ukraynanın dayandığını təsdiqləyib.
Hökumətin partlayışla bağlı müzakirələrə qadağa qoyması səbəbindən adının açıqlanmasını istəməyən rəsmi əlavə edib ki, Ukrayna kəşfiyyat orqanları partlayışı körpünün üzərindən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək təşkil edib.
Xatırladaq ki, oktyabrın 8-də MAK Krım körpüsündə yük maşınının partladıldığını, partlayışdan sonra dəmir yolu qatarının yeddi yanacaq çəninin yanıb.
Daha sonra Rusiya baş nazirinin müavini Marat Xusnullin Krım körpüsündə dəmir yolu hərəkətinin tam bərpa olunduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB