Hərbi hissəyə göndəriləcəkdi...qaçmaq istərkən yıxılıb ölüb...

Hərbi hissəyə göndəriləcəkdi...qaçmaq istərkən yıxılıb ölüb...

Yakutiyada səfərbər olan rus hərbi hissəyə göndəriləcəyini gözləyən toplanma məntəqəsində pəncərədən... yıxılaraq ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Beləliklə, sosial şəbəkələrdə fövqəladə vəziyyətlə bağlı məlumatlar peyda olub. Qeyd edilib ki, həmin şəxs yataq dəstindən düzəldilmiş kəndirdən istifadə edərək binanın ikinci mərtəbəsindən aşağı enib...aradan çıxmaq istəyib.

Maraqlıdır ki, yaşananları hər vəchlə gizlətməyə, baş verən hadisənin təsadüf olduğunu təqdim etməyə çalışan yerli hüquq-mühafizə orqanları...sonradan hər şeyi etiraf ediblər: “...Bəli, gecə qəza baş verin - toplanma məntəqəsində bir nəfər pəncərədən yıxılaraq ölüb”.

Agentliyin həmsöhbəti hadisənin təfərrüatlarının dəqiqləşdirildiyini, prosessual yoxlamaya başlanıldığını da bildirib.

Qeyd edək ki, məlumatın etibarlılığı istintaq orqanları tərəfindən təsdiqlənib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə