ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, Ukraynadakı münaqişəyə son qoymaq üçün dərhal danışıqlara başlamaq lazımdır, əks halda bu, üçüncü dünya müharibəsinə çevrilə bilər.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Nevada ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
“Biz dərhal danışıqlara getməliyik, yoxsa üçüncü dünya müharibəsinə gedəcəyik”, -Tramp bildirib.
Tramp həmçinin bildirib ki, ABŞ-ın hazırkı prezidenti Cozef Bayden Rusiya ilə nüvə münaqişəsinin mümkünlüyü barədə təsadüfən danışır.
“…Bizim idrak qabiliyyəti zəif olan və ölkəyə rəhbərlik etmək qabiliyyəti olmayan, indi təsadüfən Rusiya ilə nüvə müharibəsindən danışan, üçüncü dünya müharibəsi olacaq və digər dünya müharibələrindən daha dağıdıcı olacaq bir prezidentimiz var”.
Bunu da Tramp bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB