“Rusiyaya söz deyən... Mudendanı “qabağında görəcək””

Zimbabve sona qədər Rusiyanın “arxasında” olacağını deyir...
“Rusiyaya söz deyən... Mudendanı “qabağında görəcək””

Zimbabve Parlamentinin Milli Assambleyasının sədri Yakob Mudenda LDNR, Xerson və Zaporojye vilayətlərində Rusiya Federasiyasına birləşməklə bağlı referendumlar keçirildikdən sonra belə, respublika Moskvanın tərəfində qalacağını bildirib.

SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu yolla Mudenda respublikanın referendumlardan sonra Rusiya ilə münasibətləri saxlamağı planlaşdırıb-qalmayacağı sualına cavab verib.

Onun sözlərinə görə, Zimbabve referendumlardan əvvəl də mövcud vəziyyətin köklü səbəblərini anlamaq baxımından Rusiyanın tərəfində olub. Zimbabve və Rusiya sanksiyaların qurbanıdır və bu, bizi sanksiyalar döyüşündə yoldaş edir. Sanksiyaların qurbanı olduğumuz dərəcədə Rusiya ilə də sanksiyaların eyni nəticələrini paylaşırıq. Ona görə də Zimbabvenin Rusiyanın tərəfində olması təəccüblü deyil. ...Bunu, Mudenda bildirib.

Maraqlıdır ki, Zimbabve referendumların nəticələrinin tanınması ilə bağlı heç bir açıqlama verməyib. Mudenda bildirib ki, müxtəlif beynəlxalq proseslərin nəticələrinin tanınması prezidentin tapşırığı ilə ölkənin Nazirlər Kabinetinin təşəbbüsü ilə həyata keçirilir.

Mudenda, “Kabinetimiz qərarını açıqlayana qədər hökumətin digər qolları heç bir addım ata və ya açıqlama verə bilməz”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə