Deyəsən, Kreml...hələlik özünü “sındırmaq” istəmir?

Amma belə görünür ki, bir azdan bütün şərtlərə razı olacaq...
Deyəsən, Kreml...hələlik özünü “sındırmaq” istəmir?

...Qərb ölkələri Ukraynada sülhün olmasını istəmir.

SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişuk bildirib.

O, bəyan edib ki, Rusiya hakimiyyəti Ukrayna ilə danışıqlara həmişə açıqdır və fevralda Kiyev ölkənin daimi neytrallığı, qeyri-nüvə və bloksuz statusunu müəyyən etməyə hazırdır. Lakin müqavilə layihəsi formalaşmağa başlayanda Ukrayna hakimiyyəti Moskva ilə danışıqları dayandırdı. Diplomatın sözlərinə görə, bu, sülhə ehtiyacı olmayan Qərb kuratorlarının sifarişi ilə baş verib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da qeyd edib ki, Rusiya Federasiyası danışıqlarda vasitəçilərdən imtina etmir. Moskvanın özü səkkiz ildir ki, bu rolda çıxış edərək, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı Kiyev və Donbass arasında danışıqlara şərait yaradıb.

Polişuk qeyd edib ki, bu gün bir çox ölkələr Moskva ilə Kiyev arasında danışıqlarda öz vasitəçiliyini təklif edir. Eyni zamanda, Rusiya ilə danışıqları qadağan edən Ukrayna lideri Vladimir Zelenskinin mövqeyini rusiyalı diplomat qeyri-konstruktiv və Ukraynanın özünün maraqlarına cavab verməyən adlandırıb.

Xatırladaq ki, Türkiyə hakimiyyəti Ukrayna ilə bağlı münaqişənin həlli üçün Moskva ilə Qərb arasında danışıqlar təşkil etməyi planlaşdırır. Ankara Rusiya, ABŞ, Fransa, Almaniya və Böyük Britaniyadan nümayəndələri bir araya gətirməyi planlaşdırır. Bu plan hələlik potensial danışıqlara çatdırılmayıb, lakin vacib və özəl kanallar vasitəsilə Vaşinqtona çatdırılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə