İran dövlət televiziyası rejim əleyhinə hakerlər tərəfindən sındırılıb. SİA xəbər verir ki, dövlət televiziyasında yayımlanan xəbər bülleteni zamanı İran lideri Ayətullah Əli Xamneyinin çıxışı yayımlanarkən ekranda qəfil saxlanılaraq dünyasını dəyişən Məhsa Emini və etirazlar zamanı həyatını itirdiyi iddia edilən qadınların görüntüləri görünüb. İran lideri Xamneyinin hədəf kimi göstərildiyi və “Bizə qoşulun, ayağa qalxın” yazılan qısa videoda “qadın, həyat və azadlıq” şüarları səslənib.
Daha əvvəl İran hökumətinə qarşı kiberhücumlar həyata keçirən “Adalet-i Ali” adlı kiber hakerlər qrupu "tvitter" hesabında hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İran Tələbə Xəbər Agentliyi (İSNA) kiberhücumla bağlı “Haker qrupunun hücumuna məruz qalan dövlət televiziyasının 21:00 xəbər bülleteni bu yaxınlarda bir neçə saniyəyə kəsilib” xəbərini verib.
Dövlət televiziyasının daha əvvəl də oxşar hücumlara məruz qaldığına işarə edən İSNA telekanalın təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlərin görülməsi lazım olduğunu yazıb. Televiziyanın yanvar ayında yayımlanan efirində ölkədə terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının rəhbərlərini tərifləyən məzmunlu video bir neçə saniyə ərzində ekranda yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB