ABŞ polisi yemək yeyən yeniyetməni yaralayıb

ABŞ polisi yemək yeyən yeniyetməni yaralayıb

ABŞ-ın Texas ştatında polis məmuru avtomobilində dayanacaqda hamburger yeyən gənci küçəyə çıxmaq göstərişinə əməl etmədiyi üçün silahı ilə yaralayıb. SİA xəbər verir ki, San Antonio şəhərində gecə yarısı baş verən hadisədə polis məmuru Ceyms Brennand park etdiyi avtomobilində hamburger yeyən Erik Kantudan maşınından düşməsini istəyib. Gənc polisin verdiyi göstərişlərə əməl etməyərək avtomobilini əks sürətə keçirəndə Brennand bir neçə dəfə atəş açıb, nəticədə 17 yaşlı oğlan bədəninin müxtəlif nahiyələrindən yaralanıb.

Polisin paylaşdığı görüntülərdə naşı polis məmurunun sevgilisi ilə birlikdə nəqliyyat vasitəsində qaçmağa çalışan Erik Kantudana 6 dəfə atəş açdığı, daha sonra yenidən 4 dəfə atəş açdığı görülüb. Maşında birdən çox güllə ilə yaralanan gəncin xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə