“Rusiyadan asılılıq zəncirlərə çevirməməlidir”

“Rusiyadan asılılıq zəncirlərə çevirməməlidir”

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələrini Rusiyadan “tam müstəqillik” kursuna başlamağa çağırıb.

SİA “RİA Novosti”dən əldə etdiyi məlumata görə, Zelenski vurğulayıb ki, Avropa dövlətləri “dezinformasiya, korrupsiya və kriminal siyasətin” yayılmasının qarşısını almaq üçün Rusiyanın istənilən təsir şəbəkələrini sıradan çıxarmalıdırlar.

O əlavə edib ki, bu, “Avropanın bizim hissəmiz” üçün olduğu qədər Balkanlar üçün də vacibdir.

Zelenskinin fikrincə, “Rusiyadan tam müstəqilliyə” nail olmaq vacibdir. Bura təbii ki, “iqtisadi asılılıq, enerji, siyasi –ümumiyyətlə Rusiyadan asılılıq zəncirlərə çevirməməlidir.

Zelenski onu da qeyd edib ki, Avropa regionu ölkələri müttəfiqlik və əməkdaşlığı gücləndirməlidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə