Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə ad günü münasibətilə təbrik teleqramı göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü RTVI-ya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Həmişə olduğu kimi, təbrik teleqramı gəlib. Hədiyyələr ancaq görüşdə verilir”, - Peskov bildirib.
RTVI-nın diplomatik dairələrdəki mənbəsinin məlumatına görə, teleqramdan əlavə, Rusiya Federasiyasının prezidentinə hədiyyə də göndərilib. RTVI-nın həmsöhbətinin sözlərinə görə, teleqram və hədiyyə Rusiyanın Çindəki səfirliyinə göndərilib.
Qeyd edildiyi kimi, oktyabrın 7-də Rusiya prezidentinin 70 yaşı tamam oldu. Dövlət başçısının ad günündə MDB-nin qeyri-rəsmi sammiti keçirilib, görüş Sankt-Peterburqda keçirilib. Birlik ölkələrinin liderlərinin builki görüşünün fərqli cəhəti onların Rusiya Federasiyasının Prezidentinə yubileyi münasibətilə təqdim etdikləri hədiyyələr olub. Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko Putinə Minsk Traktor Zavodunun sınaq istehsalat sexində xüsusi texniki tapşırığa əsasən yığılan “Belarus” traktorunun sertifikatını gətirib.
Strelnadakı Konstantinovski sarayından çəkilmiş fotoşəkillərdə də bütöv qovun və qarpız piramidaları əks olunub ki, bu da medianın məlumatına görə, Tacikistan tərəfinin hədiyyəsi olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB