Ukraynada ümumdaxili məhsul doqquz ayda 30 faiz azalıb

Ukraynada ümumdaxili məhsul doqquz ayda 30 faiz azalıb

Ukraynanın ümumdaxili məhsulu (ÜDM) cari ilin doqquz ayında 30 faiz azalıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ukrayna İqtisadiyyat Nazirliyindən bildiriblər.

“2022-ci ilin ilk üç rübünün yekunlarına əsasən, Ukraynada ÜDM-n azalması 30 faiz səviyyəsində qiymətləndirilir”, - nazirliyin saytında dərc olunmuş məlumatda belə deyilir.

İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, ÜDM-də baş verən azalma sentyabr və avqust aylarında 35 faiz təşkil edib. Nazirlik 2022-ci ildə ümumdaxili məhsulun ümumilikdə 35-40 faiz azalacağını proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondunun proqnozunda da azalmanın 35 faiz olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə