Səlahiyyət FSB-yə həvalə edilib

Səlahiyyət FSB-yə həvalə edilib

Rusiya prezidenti Vladimir Putin Kerç boğazı ilə nəqliyyat keçidinin, elektrik şəbəkəsi körpüsünün və magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında fərman imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, mühafizə tədbirlərini təşkil etmək səlahiyyəti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə məxsusdur.

“…Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə Kerç boğazı vasitəsilə nəqliyyat keçidinin, Rusiya Federasiyası ilə Krım yarımadası arasında elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı magistral qaz kəmərinin mühafizəsi üzrə tədbirlərin təşkili və əlaqələndirilməsi səlahiyyəti həvalə edilsin”, - sənəddə deyilir.

Bu, Kerç boğazından keçən nəqliyyat keçidinin, enerji körpüsünün və qaz kəmərinin mühafizəsi tədbirlərinin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilir.

Xəbər verldiyi kimi, oktyabrın 8-də yerli vaxtla saat 06:00 radələrində Krım körpüsünün avtomobil hissəsində yük maşını partladılıb, nəticədə konstruksiyanın iki aşırımı qismən dağılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə