...Bu gün Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Beloqorovka, Baxmutskoye, Baxmut, Mayorsk, Krasnoqorovka və Ternı yaşayış məntəqələri ərazilərində düşmənin hücumlarını dəf edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə şənbə günü axşam Baş Qərargah məlumat yayıb.
Ukrayna tərəfinin verdiyi məlumata görə, Müdafiə Qüvvələrinin aviasiyası cari gün ərzində düşmənin zenit-raket komplekslərinə yeddi dəqiq zərbə endirib. Bundan əlavə, Ukrayna hava hücumundan müdafiə bölmələri bir “Orlan PUA”-nı vurub.
Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələrinin gün ərzində raket qüvvələri və artilleriya canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi səkkiz əraziyə, iki sursat anbarına və on digər mühüm obyektə zərbələr endirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB