Hollandiyanın Qroningen yatağında bu qış Rusiyadan gələn mavi yanacağın böyük hissəsini əvəz etmək üçün kifayət qədər qaz ehtiyatı var.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Bloomberg” yazır.
Bildirilir ki, rayonda qaz hasilatı 1963-cü ildən aktiv şəkildə həyata keçirilir. Buna baxmayaraq, yataqda 450 milyard kubmetrə yaxın mavi yanacaq qalıb. Onların təxmini dəyəri təxminən 1 trilyon dollardır.
Analitiklərin hesablamalarına görə, texniki imkanlar ildə 50 milyard kubmetr qaz hasil etməyə imkan verir ki, bu da ötən il Rusiya Federasiyasından Almaniya vasitəsilə nəql olunan qazla (46 milyard kubmetr) müqayisə edilir.
Beləliklə, Hollandiya qazı bu qış Rusiya qazını yaxşı əvəz edə bilər. Qeyd edək ki, məqalə müəllifi buna əmindir.
...Amma, sən demə, bunun da bir müəmması varmış.
Belə ki, Qroninqendə aktiv inkişaf... zəlzələlərə və yerli əhalinin evlərinin dağılmasına səbəb olub.
Amma bununla belə, Avropa İttifaqında qaz çatışmazlığını Qroninqen qaz yatağı vasitəsilə həll edəcəyinə əmindir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB