Kiyev... “nəticə ruhlandırıcıdır” deyir...

Ruslar isə Krım körpüsündəki partlayışı Ukrayna silahlılarının adına yazmaq istəmirlər...niyə?
Kiyev... “nəticə ruhlandırıcıdır” deyir...

Krım körpüsündə partlayış və onun vurduğu ziyan Ukrayna Silahlı Qüvvələrinin əlinə keçə bilər.

...Rusiya hərbi nəqliyyat qovşağının mühüm komponenti sıradan çıxıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu “RBC-Ukrayna”ya şərhində hərbi ekspert Vladislav Seleznev deyib.

Seleznevun sözlərinə görə, ruslar məhz ruslar məhz Krımk körpüsü vasitəsilə Zaporojye və Xerson vilayətlərini silah-sursatla təmin edirdilər. İndi belə görünür ki, onların müvəqqəti də olsa, əlləri-qolları bağlanıb. Etiraf edilmlidir ki, körpünün zədələnməsi rusların hərbi nəqliyyat əlaqələrini ciddi şəkildə zəiflədib. Belə görünür ki, indi onlar yenidən bərə keçidlərini işə salmış olacaqlar.

Körpünün avtomobil və dəmir yollarının zədələnməsi Ukrayna Müdafiə Qüvvələri üçün və cənubda əks-hücum fonunda xüsusilə vacibdir.

Doğrudur, hazırda onlar körpünü qismən yararlı hala gətirsələr də, amma Putin körpüsünü nə vaxt tam şəkildə bərpa edə biləcəkləri bəlli deyil.

Eyni zamanda ekspert qeyd edir ki, Rusiya təbliğatı informasiya müharibəsi aparır, ona görə də körpünün zədələnməsi və hərəkətin bərpası ilə bağlı məlumatlara tam etibar etməmək lazımdır.

...Seleznev ayrıca Krım körpüsündə partlayışlar nəticəsində Rusiya Federasiyasının fəlakətli reputasiya itkilərini qeyd edib. 2022-ci ilin aprelində Ukrayna qoşunları Rusiya Federasiyasının Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” raket kreyserini batırarkən də oxşar vəziyyət yaranımışdı.

“...Ruslar daha sonra insan faktoru, fırtına haqqında fantastik hekayələr danışdılar ki, ictimaiyyəti Ukraynanın bununla heç bir əlaqəsi olmadığına inandırsınlar. Eyni şey Krım körpüsü ilə də olacaq”.

Qeyd edək ki, bunu da Seleznev bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə