Bu arada Avropa İttifaqı Zaporojye AES-in Rusiyanın nəzarətinə keçməsini pisləyib, Brüssel bu qərarı tanımır. SİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Xosep Borrel bildirib.
“Avropa İttifaqı Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin qanunsuz ilhaqını qətiyyətlə pisləyir və tanımır. Ona görə də AES-in ələ keçirilməsi haqqında fərman qanunsuzdur və hüquqi cəhətdən etibarsızdır”, - Borrell bildirib.
Onun fikrincə, AES Kiyevə qaytarılmalıdır. Bundan əlavə, MAQATE nümayəndələrinin “gücləndirilmiş iştirakı” lazımdır.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın nəzarətinə verilməsi haqqında fərman imzalayıb. Stansiyanın işçiləri tezliklə Rusiyanın yeni şirkəti olan “Zaporojye AES-in İstismar Təşkilatı” ASC-də işlə təmin olunacaqlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB