Şoyqudan yeni təyinat...

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ordu generalı Sergey Surovikini hərbi xüsusi əməliyyat zonasında qüvvələr qrupunun komandiri təyin edib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“...Rusiya Federasiyasının müdafiə nazirinin qərarı ilə ordu generalı Sergey Surovikin xüsusi hərbi əməliyyatlar aparılan ərazidə qoşunların (qüvvələrin) birgə qruplaşmasının komandiri təyin edilib”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Surovikin belə işlərdə təzə deyil. Belə ki, 2013-cü ilin oktyabrından Surovikin Şərq Hərbi Dairəsinin qoşunlarına komandanlıq edib, 2017-ci ilin noyabrından isə Rusiya Aerokosmik Qüvvələrinin baş komandanıdır.

General ikinci çeçen kampaniyasında və Tacikistan ərazisindəki münaqişədə də iştirak edib. O, Suriyadakı rus qruplaşmasına da komandanlıq edib.

Ukraynadakı döyüşlər zamanı Sergey Surovikin Rusiya qoşunlarının Cənub Qrupuna komandanlıq edirdi.

Qeyd edək ki, bundan əvvəl Sergey Şoyqu Rusiyada 200 minə yaxın ehtiyatın səfərbər edildiyini, Xüsusi Hərbi Əməliyyat zonasına göndərilməzdən əvvəl onların xüsusi əməliyyatda iştirak edən mövcud bölmələrlə döyüş koordinasiyası aparmalı olacaqlarını bildirib.

... Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada hərbi xüsusi əməliyyatın başlandığını elan edib(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə