İrlandiyanın Doneqal şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfərin öldüyü bildirilib.
Partlayış nəticəsində yanacaqdoldurma məntəqəsi və ətrafdakı avtomobillərə ziyan dəyib, qonşu binanın bir hissəsi dağılıb.
İrlandiya Milli Televiziyası partlayışda 30 nəfərin yaralanmış olma ehtimalını qeyd edib.
Dağıntılar altında axtarışlar davam edir.
Partlayışın hansı səbəbdən baş verdiyi ilə bağlı rəsmi açıqlama verilməyib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB