53 il sonra ailəsinə qovuşdu

Dörd yaşında başqa bir ölkəyə qaçırılan Syuzan Gervaise qardaşlarının izinə düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 53 il sonra onları internetdə tapıb.

İngiltərənin Qərbi Yorkşir əyalətindən olan 57 yaşlı Syuzan Gervaise hələ dörd yaşında ikən qaçırılıb. O, həyat yoldaşının köməyi ilə Facebook vasitəsilə altı bacı-qardaşının dördünün izinə düşüb.

Gervaisin Avstraliyada yaşayan bacı-qardaşları Gervaisin sağ olduğunu öyrəndikdə hədsiz seviniblər. Gervaise dörd ailə üzvü ilə görüşüb. Üç uşaq anası olan Gervaise həyatının qalan hissəsini itkin düşən uşaqların ailələrinə kömək etməyə həsr edəcəyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə