ABŞ-da benzinin qiymətinin artmasına səbəb nədir? - CAVAB VERİLDİ
"ABŞ-da benzinin qiyməti Səudiyyə Ərəbistanının təqsirinə görə deyil, Birləşmiş Ştatların özündə neft emalı zavodlarının olmaması səbəbindən qalxır”. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr OPEC+ təşkilatının neft hasilatını azaltmaq qərarına görə ABŞ-ın narazılıqlarını cavablandırarkən bəyan edib.
Nazir bildirib ki, sizin emal çatışmazlığınız var, çünki onilliklər ərzində neft emalı zavodları inşa etməyibsiniz.
Adel əl-Cubeyr həmçinin Səudiyyə Ərəbistanının Vaşinqtona zərər vermək məqsədində olmadığını vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Merilend ştatında "Volvo Group”un zavodunda bildirib ki, Rusiya və Səudiyyə Ərəbistanının fəaliyyətləri səbəbindən ABŞ-da benzinin qiyməti qalxır.
"Mən benzinin qiymətini 1,6 dollardan da aşağı sala bildim, lakin Rusiya və Səudiyyə Ərəbistanının indicə etdiklərinə görə qiymət yavaş-yavaş qalxır. Reseptli dərmanların, səhiyyənin və enerjinin qiymətləri artacaq”, - deyə Bayden xəbərdarlıq edib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB