Avropa Birliyinin üç əsas qurumundan biri olan Avropa Parlamentinin (AP) enerji böhranı ilə əlaqədar öz kampuslarında enerjiyə qənaətlə bağlı bəzi qərarlar qəbul etdiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərarda AP binalarında istiliyin həftənin üç günü kəsiləcəyi qeyd edilib.
AP üzvlərinə və işçilərə daxili bəyannamə ilə çatdırılan qaydalara əsasən, həftə sonları ilə yanaşı cümə günləri istilik tamamilə kəsiləcək. Təhlükəsizlik məqsədləri istisna olmaqla, binaların işıqlandırması söndürüləcək.
Üç həftə Brüsseldə, bir həftə isə Strasburqda fəaliyyət göstərən Avropa Parlamenti bu sistemin də müvəqqəti dayandırılmasını müzakirə edir. Brüsseldən Strasburqa hər ay böyük xərclə getməyə qarşı çıxanlar olsa da, qurucu ölkələrdən biri olan Fransa diplomatiyası bu vəziyyətin davam etdirilməsində israr etməkdə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB