Moai heykəlləri yanğın zamanı ciddi ziyan görüb

Moai heykəlləri yanğın zamanı ciddi ziyan görüb

Çilinin Pasxa adasındakı və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 500 illik Moai heykəlləri yanğın zamanı ciddi ziyan görüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Cənubi Amerika ölkəsi Çilinin qərb sahilindən 3500 kilometr aralıda, "Rapa Nui" kimi tanınan Pasxa adasında yerli əhali tərəfindən 500 il əvvəl tikilmiş Moai heykəlləri Rapa Nui Milli Parkında baş verən yanğın nəticəsində ciddi ziyan görüb.

Milli parkın səlahiyyətli nümayəndəsi Ariki Tepano daş heykəllərə dəymiş ziyanın "düzəldilməz" olduğunu bildirib.
Yanğında 100 hektardan çox ərazinin külə qərq olduğu, yanğının söndürülməsinə isə qrupların yetərsizliyi səbəb olduğu bildirilib. Zərərin qiymətləndirilməsi işlərinin davam edir.
Qeyd edək ki, adada 386-sı Ranu Raraku da daxil olmaqla mindən çox heykəl var.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə