Almaniyada təbii qaz istehlakı artdı

Almaniyada təbii qaz istehlakı artdı

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra qaz təchizatında ən çox çətinlik çəkən ölkələrdən biri olan Almaniyada qaz istehlakı artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilin 39-cu həftəsində fərdi ev təsərrüfatları və kiçik kommersiya müştəriləri tərəfindən qaz istehlakı 618 giqavat saat təşkil edib.

Bildirilib ki, 2018-2021-ci illərdə bu rəqəm orta hesabla 564 gigavat saat olub. Agentliyin məlumatına görə, sənaye müştərilərinin istehlakı ötən həftə 1370 giqavat saat təşkil edib ki, bu da əvvəlki illərin səviyyəsindən 2 faiz çoxdur. Agentlik qənaət olmadığı halda qaz qıtlığından narahatdır.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə