İtaliyanın şimal-şərqindəki A4 magistralında baş verən avtomobil qəzasında 6 nəfər ölüb. SİA xəbər verir ki, ölkənin şimalındakı Venesiya və Trieste şəhərlərini birləşdirən magistral yolun San Dona di Piave hissəsində mikroavtobus ilə yük maşını toqquşub. Hadisə nəticəsində mikroavtobusda olan 6 nəfər ölüb.
Mikroavtobusun sükanı arxasında Riccione şəhərinin keçmiş meri (2009-2014-cü illər) 63 yaşlı Massimo Pironi də olub.
Avtomobil yolunun qəzanın baş verdiyi hissəsi bir müddət nəqliyyatın hərəkəti üçün bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB