Maraqlıdır, deyirlər son günlər Çin prezidenti Putinin Ukraynada müəyyən itkilərindən narahat görünür. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, çinli müşahidəçilər də, qərbli həmkarları kimi, yəqin ki, Rusiya əməliyyatının aylarla deyil, həftələrlə davam edəcəyini gözləyirdilər. Hətta kim, Kiyevin Moskvanın nəzarətində olan ərazidə əks-hücumlara başlayacağını təxmin edə bilərdi.
Bu günkü bəzi iddialara görə, Çin prezidenti xüsusi əməliyyata çox bağlıdır, çünki geosiyasi baxımdan Çinin Rusiyanın qələbəsindən qazanacağı çox şey var və bəlkə də məğlubiyyətindən daha çox itirəcək.
Təbii ki, Pekin onun iqtisadiyyatını çökdürə biləcək anti-Rusiya sanksiyalarını pozmamaq üçün mübarizə apararkən belə, Cin rəhbəri Si Putinin ambisiyalarını dəstəkləyir.
Məsələn, “Foreign Policy” nəşri yazır ki,”...əgər Cin rəhbəri Putin rejiminin təslim olmağa başladığını anlasa, risklərin belə hesablanması dəyişə bilər. Artıq bu perspektivi sadəcə gözardı etmək olmaz. Xinin Rusiya prezidentini xilas etmək üçün nə edə biləcəyi daha da aydın deyil - nəticələr onların "sərhədsiz" tərəfdaşlığının sınağı olacaq”.
...Təəccüblü deyil ki, onların heç biri Londonda Kraliça Elizabetin dəfn mərasimində və ya keçən ay Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak etməyib. Onların yoxluğu qəsdən olub. Əvəzində hər iki lider Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti üçün Özbəkistana səfər edib. Si və Putinin beynəlxalq səyahətlərdəki prioritetləri onların transatlantik yanaşmalarda, Soyuq Müharibə ittifaqlarında və qurulmuş çoxtərəfli institutlarda təcəssüm olunmuş Qərbin rəhbərlik etdiyi hazırkı dünya nizamına ortaq nifrətini əks etdirir.
Doğrudan da, maraqlı anlar yaşanır.
Yenə də rus saytlarına diqqət yetirək. Əslində, rus saytında yer alan faktlar da “Foreign Policy” nəşrinin fikirləriir. Məsələn, nəşr sual edir, əgər iki ölkə, Cinlə Rusiya bu qədər “mərhəmdirlərsə” bəs görən onda, Çin ABŞ-ın Moskvaya
sanksiyalarına qarşı çıxa bilərmi? Və ya, Putin taktiki nüvə silahından istifadə etmək hədəsinə əməl etsə, Si buna necə reaksiya verəcək? Yaxud Pekin Rusiyanın saxta referendumlarının nəticələrini tanıyacaqmı?
“Foreign Policy” nəşrinə görə, bu və digər cavabsız suallar onu göstərir ki, Rusiyanın variantları tükəndikcə, Çinin də hər iki tərəfdə oynamaq imkanları tükənəcək.
Qeyd edim ki, başqa cür düşünənlər də var.
Məsələn, münaqişənin uzanacağı təqdirdə, Çinin mənfi beynəlxalq reaksiyaya səbəb ola biləcək daha təxribatçı addımlar ata biləcəyini də istisna etməyənlər var. Bura anti-Rusiya sanksiyalarının məhdud şəkildə pozulması, hətta Moskvaya qeyri-qanuni hərbi yardımın göstərilməsi də daxildir.
Təbii ki, məsələ hələ ki, qəlizdir.
Amma ABŞ-ın Avropa və ümumiyyətlə Yaxın Şərqdən “qopması” bu gün ən Cinin ümdə arzularından biri olaraq qalmaqdadır.
...Və sonda... bəzi iddialara görə, guya Çin Rusiyanın Avropadan təcrid olunmasından hər hansı digər ölkədən daha çox qazanacaq. .Belə bir şəraitdə isə Rusiya liderləri iqtisadiyyatı və əhalisi Rusiyadan on dəfə böyük olan Çindən asılılığın artmasından ehtiyat edirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB