BVF Ukraynanın köməyinə gəldi

Beynəlxalq Valyuta Fondu (BVF) yeni “Qida şoku pəncərəsi” çərçivəsində Ukraynaya 1,3 milyard dollarlıq maliyyə dəstəyinin təsdiqləndiyini bildirib. SİA xəbər verir ki, BVF-dən verilən açıqlamada qeyd olunub ki, Rusiyanın Ukraynada başlatdığı müharibədən 7 aydan çox vaxt keçdiyi bir vaxtda Ukrayna iqtisadiyyatı 2022-ci ildə 35 faiz geriləyib.

BVF-nin bəyanatında vurğulanıb ki, Ukrayna hakimiyyəti son dərəcə çətin şəraitdə əhəmiyyətli makromaliyyə sabitliyini təmin etdiyinə görə kifayət qədər təqdirəlayiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə