Britaniyalılar elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər

Britaniyalılar elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər

Qlobal enerji bazarlarında qeyri-müəyyənlik və dəyişkənliklər güclənərsə, britaniyalılar qışın müəyyən vaxtlarında elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qaz və elektrik şəbəkələrinin operatoru “National Grid Plc” xəbərdarlıq edib.

İngiltərə, Şotlandiya və Uelsdəki evləri elektrik enerjisi ilə təmin edən şirkətdən bildirilib ki, baza ssenarisinə əsasən, istehlakçılar üçün heç bir problem olmayacaq və işıqların kəsilməsi ehtimalı azdır. Bununla belə, qaz tədarükünün son dərəcə aşağı səviyyədə olacağı təqdirdə bu, ən pis ssenaridə mümkündür. Eyni zamanda, məlumatda qarşıdan gələn qış dövrünün, ehtimal ki, elektrik enerjisi təchizatçıları üçün gərgin keçəcəyi vurğulanıb, lakin operator riskə nəzarət etmək üçün əlavə alətlər hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə