ABŞ-ın Nyu-York ştatında qeyri-qanuni mühacirlərin sayının sürətlə artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. SİA xəbər verir ki, Nyu-York meri Erik Adams qanunsuz miqrant axını ilə mübarizə aparmaq üçün ştatdan fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
İlin sonuna qədər bu insanlar üçün sığınacaq, sağlamlıq və yemək kimi ehtiyacları üçün bir milyard dollar xərclənəcəyini ifadə edən E.Adams kilsələrdən və qeyri-hökumət təşkilatlarından kömək istəyib.
Qeyd edək ki, Nyu-Yorkda fövqəladə vəziyyət bir ay davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB