Deməli, oktyabrın 6-da BMT-nin İnsan Haqları Şurası üzv ölkələrin səsverməsindən sonra Çinin Sincandakı müsəlmanlar üçün düşərgələrin vəziyyəti ilə bağlı İnsan Hüquqları üzrə Ali Komissarlığın hesabatını müzakirə etməmək qərarına gəlib.
Sincan-Uyğur Muxtar Bölgəsində müsəlman uyğurlara və digər etnik azlıqlara qarşı iddia edilən hüquqların pozulması ilə bağlı müzakirələrin keçirilməsi təklifini Böyük Britaniya, Türkiyə, ABŞ və digər, əsasən də Qərb ölkələri tərəfindən irəli sürülüb.
Qeyd edək ki, 47 ştatdan ibarət İnsan Hüquqları Şurasının mart ayında keçiriləcək növbəti sessiyasında Sincanla bağlı müzakirələrdə 17 ölkə lehinə, 19-u əleyhinə, 11 ölkə isə bitərəf qalıb. Qazaxıstan, Özbəkistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Çin, Nepal, İndoneziya, Kamerun, Eritreya, Qabon, Kot-d'İvuar, Mavritaniya, Namibiya, Seneqal, Sudan, Boliviya, Venesuela və Kuba isə... ümumiyyətlə müzakirənin əleyhinə səs verib.
Maraqlıdır ki, şuraya daxil olan bir çox inkişaf etməkdə olan ölkələr, Çindən “gələn” sərmayəni təhlükə altına almamaq qorxusu ilə Pekinə açıq şəkildə “meydan oxumaqdan” çəkinirlər. Əslində, onlar bu hərəkətləri ilə çəkindiklərini güman edirlər. Bir də diqqət yetirsəniz, görərsiniz ki, bu ölkələrin əksəriyyəti...elə müsəlman ölkələridir.
Qeyd edək ki, ABŞ-ın BMT-nin İnsan Haqları Şurasındakı səfiri Mişel Taylor debat tələbinin, sadəcə olaraq, “müzakirə üçün neytral forumu təmin etmək” olduğunu deyib.
Maraqlıdır ki, səsvermədən sonra Çin Xarici İşlər Nazirliyi uzun bir bəyanatla çıxış edərək bildirib ki, artıq neçə müddətdir ki, ABŞ və bəzi digər Qərb ölkələri Sincan haqqında ictimaiyyəti yanlış məlumatlandırımaqla Çinin imicini ləkələmək və ölkənin inkişafını dayandırmaq üçün insan haqları adı altında siyasi manipulyasiyaya can atırlar.
...Amma bütün bunlara baxmayaraq, bəzi aparıcı insan haqları qrupları Sincanda uyğurlara və digərlərinə qarşı zorakılıq qurbanları üçün işləməyə davam edəcəklərinə söz veriblər.
...Bugünkü səsvermə qurbanları deyil, insan hüquqlarının pozulmasının günahkarlarını müdafiə edir, bu narahatedicidir.-deyən “Amnesty International”ın baş katibi Aqnes Kallamard: “...Otuz üzv dövlətin Çin hökumətinin törətdiyi vəhşiliklər qarşısında susması - ya da daha pisi, müzakirələrə mane olması - İnsan Hüquqları Şurasının reputasiyasına daha da xələl gətirir”-deyə əlavə edib.
Dünya Uyğur Konqresinin sədri Dolkun İsa müsəlman ölkələrinin, xüsusilə də İndoneziya, Pakistan və Qətərin təklifin əleyhinə səs verməsindən məyus olduğunu bildirib və bunu “fəlakət” və həqiqətən məyusedici adlandırıb. İsa həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət uyğur soyqırımının qurbanlarını görməməzliyə vura bilməz.
...Qeyd edək ki, hələ 2017-ci ildən bəri Çindən əsasən müsəlman yerli türkdilli xalqların sıxışdırılması, uyğurların, qazaxların və digərlərinin zorla “...tərbiyələndirmə düşərgələri”nə göndərilməsi, onların pasportlarının müsadirə edərək, onları ev dustaqlığı adlandırırmaları barədə xəbərlər gəlir.
Belə “düşərgələrin” keçmiş məhbusları həbsdə məruz qaldıqları sistematik zorakılıq və təhqirlərdən, o cümlədən cinsi zorakılıqdan və məcburi sterilizasiya hallarından danışıblar. Qərb ölkələri Sincanda baş verənləri soyqırım adlandırır.
Pekin isə bütün ittihamları rədd edir və düşərgələri ekstremizm və terrorizmlə mübarizə üçün yaradılmış “peşə təhsili mərkəzləri” adlandırır.
Bu yaxınlarda BMT Sincanda insanlığa qarşı cinayət kimi qiymətləndirilə biləcək ciddi insan hüquqları pozuntularının baş verdiyini bildirən hesabat yayıb. Mütəxəssislər Sincandakı “...tərbiyələndirmə düşərgələri” sisteminin ən azı 2017-ci ildən 2019-cu ilə qədər sistemli, təkrarlanan genişmiqyaslı əsassız həbslər yaşadıqlarını müəyyən ediblər.
Hadisə şahidlərinin onlarla müsahibəsinə istinad edərək, hesabat müəllifləri sistematik işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın təfərrüatlarını, habelə zorlama da daxil olmaqla, cinsi və gender əsaslı zorakılığa dair mötəbər iddiaları təfərrüatlandırıblar.
...Və sonda bildirək ki, Sincan-Uyğur Muxtar Bölgəsi Çin Xalq Respublikasında ən böyük inzibati-ərazilərindən biridir. 1955-ci il oktyabrlnda yaradılıb. Ərazisi 1,66 milyon km²-dir. Qeyd edək ki, Bölgə bu gostərici ilə ÇXR-da idarə səviyyəsində ən iri inzibati-ərazi vahidləri arasında ilk yeri tutur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB