ABŞ Ukraynadakı döyüşlərə qoşulmaqla bağlı şərtlərini açıqladı...
Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-ın Ukraynaya və ya müttəfiqlərinə hücum edilmədikcə bu ölkədə hərbi əməliyyatlara qoşulmayacağını deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə brifinqdə Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı “önləyici zərbələr”i şərh edərkən bildirib.
“...Birləşmiş Ştatlar və ya müttəfiqlərimizə hücum olunmayana qədər biz bu münaqişəyə, o cümlədən Amerika qüvvələrini Ukraynada döyüşmək üçün göndərmək və ya Rusiya qoşunlarına hücum etmək daxil olmaqla, birbaşa iştirak etməyəcəyik”- deyə Patel bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Şimali Atlantika Alyansının Rusiyanın nüvə zərbələrini gözləmək əvəzinə “önləyici zərbələr” endirməyi demişdi. O, bu barədə Avstraliya Lou İnstitutunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirmişdi.
Bundan əvvəl Zelenski rusiyalı həmkarı Vladimir Putinin öz həyatına təhlükə ola biləcəyi üçün münaqişədə nüvə silahından istifadə etməyəcəyini demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB