1937-ci ildə İsveçdə qurulan aerokosmik müdafiə sənayesi şirkəti "Saab"ın istehsal etdiyi qırıcı döyüş təyyarələri ABŞ istehsalı olan F-35-lərlə rəqabət aparmaq qabiliyyətinə malikdir. SİA xəbər verir ki, dünyadan gözlənilən qədər tələbat olmadığını deyən "Saab"ın baş direktoru Mikael Cohansson buna səbəb kimi ABŞ-ın strateji siyasətlərini göstərib.
F-35 döyüş təyyarələrinə az qala rəqib kimi göstərilən İsveç istehsalı olan "Gripen" döyüş təyyarələri, strateji siyasətləri ilə ABŞ-ın gözlədiyi diqqəti görmür. F-35-in 5-ci nəsil texnoloji xüsusiyyətlərinə baxmayaraq, İsveç "Gripen" 4,5 nəsil döyüş təyyarəsi olaraq təyin olunur. İsveçin "Saab" brendi ABŞ istehsalı olan F-35 təyyarələri ilə rəqabət apara biləcək döyüş təyyarəsi istehsal edib, lakin onun ixrac həcmi çox aşağıdır. "Saab"ın baş direktoru bunun ABŞ strategiyaları ilə əlaqəli olduğunu iddia edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB