“Kuril adaları münaqişəsi”nə Ukrayna da daxil edildi

“Kuril adaları münaqişəsi”nə Ukrayna da daxil edildi

Ukrayna Rusiya və Yaponiya arasında Kuril adaları münaqişəsinə qarışıb. SİA xəbər verir ki, Ukrayna mübahisəli Kuril adalarının Yaponiyaya aid olduğunu tanıyıb. İkinci Dünya Müharibəsindən bəri Rusiya ilə Yaponiya arasında münaqişənin davam etdiyi Kuril adaları silsiləsindəki Habomay və Şikotan adaları Ukrayna parlamentində Yaponiya ərazisi kimi qəbul edilib.

Ukrayna parlamentindən verilən açıqlamaya görə, parlamentdə Rusiyanın öz ərazisi hesab etdiyi Yaponiyanın şimal bölgələrinin mülkiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış müzakirə olunub. Parlamentin sədri Ruslan Stefançukun da daxil olduğu bir qrup deputat bu çağırış əsasında hazırlanan qanun layihəsini dəstəkləyib. Nəzərə alsaq ki, keçmiş SSRİ 1945-ci ilin avqust-sentyabr aylarında Yaponiyanın Şimal ərazisini heç bir hüquqi əsas olmadan qeyri-qanuni işğal edib və 1949-cu ilə qədər bütün Yaponiya vətəndaşlarını bu ərazilərdən zorla çıxarıb”, - deyə məlumatda bildirilir.

Keçmiş SSRİ ilə Yaponiya arasında 1956-cı il 19 oktyabr tarixli birgə bəyannamənin 9-cu maddəsinə əsasən, Sovet İttifaqı Yaponiya ilə ikitərəfli münasibətləri normallaşdırdıqdan və sülh müqaviləsi imzaladıqdan sonra Habomay və Şikotan adalarının Yaponiyaya veriləcəyini xatırladan bəyanatda şimal ərazilərinin statusunu müəyyən etmək niyyətini təsdiqlədiyi və üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmədiyi qeyd edilib. Bəyanatda beynəlxalq ictimaiyyəti Yaponiyanın Şimal ərazisinin statusunun hüquqi cəhətdən rəsmiləşdirilməsi üçün bütün mümkün tədbirləri görməyə davam etməyə çağırış edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə