“Biz Rusiyanın əvvəllər işğal etdiyi torpaqlara mütləq çatacağıq”

“Biz Rusiyanın əvvəllər işğal etdiyi torpaqlara mütləq çatacağıq”

Bu həftə ərzində Ukrayna əsgərləri altısı Luqansk vilayətində olmaqla, 29 yaşayış məntəqəsini və ümumiyyətlə 776 kvadrat kilometr ərazini rus işğalçılarından azad edib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə prezident Vladimir Zelenski axşam müraciətində bildirib.

Onun sözlərinə görə, son hücum əməliyyatı başlayandan Ukrayna Silahlı Qüvvələri artıq 2434 kvadrat kilometr Ukrayna ərazisini və 96 yaşayış məntəqəsi üzərində nəzarəti bərqərar edib.

“...Bu həftə Ukraynanın cənubunda yaxşı nəticələr var. Biz oradakı torpaqlarımızı, xalqımızı hər gün psevdoreferendumdan azad edirik. Biz Rusiyanın əvvəllər işğal etdiyi torpaqlara mütləq çatacağıq”, - deyə dövlət başçısı bildirib.

Ukrayna ərazilərinin Rusiya ordusundan azad edilməsində göstərdiyi qəhrəmanlıq səylərinə görə, Zelenski bu gün 92-ci ayrı-ayrı mexanikləşdirilmiş briqada, 81-ci ayrı-ayrı desant-hücum briqadası və 25-ci ayrı-ayrı hava-desant briqadasının döyüşçülərini qeyd edib.

“...Döyüşçülərimizin bu cür şücaət və qəhrəmanlıq miqyası açıq şəkildə göstərir ki, Ukrayna qalib gələcək, onu dayandırmaq olmaz. Rusiyanın Zaporojyeyə, Xarkova, Nikolayevə, Donbasa və bütün digər ərazilərimizə hər bir zərbəsi, rus terrorunun bütün təzahürləri yalnız sübut edir ki, bütün torpaqlarımızın azad edilməsi bütün ukraynalılar üçün sülh və təhlükəsizliyin yeganə əsasıdır”.

Qeyd edək ki, bunu da Ukrayna prezidenti bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə