Almaniyanın Münhen şəhərində “Suddeutsche Zeitung” qəzetinin 77-ci ildönümü münasibətilə keçirilən mərasimdə Almaniyanın keçmiş kansleri Angela Merkel açıqlama verib. SİA xəbər verir ki, Merkel deyib ki, Avropada davamlı sülhə yalnız Rusiyanın daxil olduğu halda nail olmaq olar: "Biz buna nail olmasaq, soyuq müharibə bitmiş hesab edilməyəcək".
Rusiyanın Ukraynaya hücumlara başladığı 24 fevralı “dönüş nöqtəsi” kimi xarakterizə edən Merkel münaqişə tərəflərinin verdiyi bəyanatların ciddiyə alınmalı və blef kimi təsnif edilməməli olduğunu vurğulayıb: "Mən hamımıza bu sözləri blef kimi təsnif etməkdənsə, əvvəldən ciddi qəbul etməyimizi tövsiyə edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB