Peskov bunu “qeyri-qanuni” adlandırıb

Zelenskinin Rusiyaya qabaqlayıcı zərbə endirmək çağırışı hələ də gündəmdədir
Peskov bunu “qeyri-qanuni” adlandırıb

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qabaqlayıcı zərbə endirmək çağırışını...onun mənəviyyatından xəbər verdiyini və ümumiyyətlə... təhlükəli səhvlərə səbəb ola biləcəyini deyib.

(...deyim ki, düz də deyib. Çünki biz həmişə yol böyüyün olduğunu deyib, təbliğ etmişik və indi də belə olmalıdır, yəni əvvəl ruslar atmalıdırlar...sonra imkan olsa... Zelenski də atar-A.B.)

SİA-nın əldə etdiyi məlumata görə, Peskov bu barədə “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

...Əslində, Ukrayna rəhbəri dünyanın aparıcı dövlətlərini, nüvə klubu ölkələrini ölkəmizə, Rusiya Federasiyasına qarşı qabaqlayıcı zərbə endirməyə çağırır. Bu, tamamilə açıq-saçıq bəyanatdır və yəqin ki, Ukrayna prezidentinin çox təhlükəli, düzəlməz səhvlərlə dolu olan əhval-ruhiyyəsindən danışır.

Bunu Peskov deyib və əlavə edib ki, “...əlbəttə, keçə bilmərik. Biz digər dövlətlərin liderlərini də yan keçməməyə çağırırıq”.

...Daha əvvəl Avstraliyadakı Lou İnstitutuna müsahibə verən Vladimir Zelenski NATO ölkələrinin Rusiyaya qarşı “qabaqcıl zərbə” verməli və onun hipotetik hərəkətlərinə reaksiya verməməli olduğunu bildirmişdi. Zelenskinin fikrincə, alyans bu cür silahlardan istifadə imkanını istisna etməlidir, ona görə də qabaqlayıcı zərbələr “istifadə edilərsə, onların başına nə gələcəyini” nümayiş etdirə bilər.

Qeyd edək ki, Moskvada Ukrayna prezidentinin bəyanatları dünya müharibəsinin başlaması çağırışları kimi qəbul edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə